“Mançester Siti” Cek Qrilişi satmaq istəyir. “Şəhərlilər” rekord məbləğə transfer etdikləri, amma istədikləri faydanı görmədikləri cinah oyunçusundan canını qurtarmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin üzvü 2021-ci iln yayında “Aston Villa”dan 117,5 milyon ödənilərək alınmışdı. İndi isə onun dəyəri 45 milyonadək enib. Mançesterlilər onu hətta bu məbləğə də satmağa razıdır. Lakin 29 yaşlı yarımmüdafiəçi üçün real təklif yoxdur.
2027-ci ilin yayınadək müqaviləsi olan İrlandiya əsilli futbolçunun yüksək maaşı ona müştəri düşənləri çəkindirir.
Qriliş hazırda əzələ zədəsindən əziyyət çəkir. Onun nə vaxt sıraya dönəcəyi barədə dəqiq bilgi yoxdur.