“Udineze”nin müdafiəçisi Tomas Kristensen bu mövsüm sərgilədiyi oyunla diqqətləri özünə çəkib. İtaliya A Seriyasının digər iki klubu – “Yuventus” və “Milan” ona maraq göstərməyə başlayıb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı danimarkalı udinelilərin verəcəyi qərarı gözləyir. Klubu satışa razılıq versə, mərkəz müdafiəçisi İngiltərə Premyer Liqasına yollanmağı daha üstün tutur. “Everton”, “Vest Hem”, “Bornmut” və “Nottingem Forest” futbolçunun xidmətində maraqlıdır.

2023-cü ilin yayında “Orxus”dan 5 milyon avroya alınan müdafiəçinin “Udineze” ilə 3 illik müqaviləsi var. Müştərilərinin çox olması üzündən Kristensenin qiyməti 3 dəfə artıb.

Shares: