Usman Dembelenin əla çıxışı “Liverpul”un diqqətini çəkib. İngilislər onun transferi üçün PSJ-yə 100 milyon avro ödəməyə hazırdır.
Futbolinfo.az xəbər verir ki, fransalı cinah hücumçusu Çempionlar Liqasının 1/8 finalında mersisaydlıların sıradan çıxarılmasında mühüm rol oynadı. Ümumiyyətlə, o, 2025-ci ilə çox əla başlayıb və bütün dünya üzrə bombardirlər yarışına başçılıq edir.
Bu səbəbdən “Liverpul” onun üçün tələb olunan məbləği ödəməyə razıdır. Lakin PSJ 2023-cü ilin yayında “Barselona”dan 50 milyon avroya aldığı Dembeleni satmaq niyyətində deyil. Əksinə, 3 illik müqaviləsi qalan 27 yaşlı oyunçuya bu müddətin uzadılması barədə təklif göndəriləcək.