Bu gün Misli Premyer Liqasında 27-ci tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
Açılış matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. Əyalət təmsilçilərinin Mərdəkandakı görüşünü Rauf Cabarov idarə edəcək.
“Kəpəz” – “Qarabağ” və “Sabah” – “Zirə” oyunları sabah keçiriləcək. “Səbail” – “Neftçi” və “Turan Tovuz” – “Sumqayıt” görüşləri isə martın 16-da baş tutacaq.
Misli Premyer Liqası
27-ci tur
14 mart
“Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev
“Liv Bona Dea Arena”, 19:00.