Azərbaycan əsilli sabiq futbolçu Aleksandr Səmədov yeni məşqçi lisenziyası alıb.

Futbolinfo.az xəbər verir ki, “Fakel”in baş skautu məşqçilik yolunda növbəti addımını atıb. Belə ki, 40 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçi kursunu uğurla tamamlayıb və lisenziyanı alıb.

Lakin Səmədov hələlik məşqçilik karyerasına başlamağı planlaşdırmadığını açıqlayıb: “Məşqçilik karyerasına başlamağı planlaşdırmıram, amma həmkarlarımla danışmaq və futbola bir az fərqli bucaqdan baxmaq maraqlı idi”.

Qeyd edək ki, Aleksandr Səmədov 2011-2018-ci illərdə Rusiya millisinin heyətində 50-dən çox oyun keçirib.

Shares: