“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda növbəti oyununa çıxıb.

ABŞ təmsilçisi bu mərhələdə Yamaykanın “Kavalyer” klubu ilə qarşılaşıb. Görüş mayamililərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Luis Suares (37) və Lionel Messi (90+2) vurub.

İlk oyunda da eyni hesabla qalib gələn “İnter Mayami” 1/4 finalda ABŞ-nin digər təmsilçisi “Los Anceles”lə qarşılaşacaq.

Shares: