“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasında “Reyncers”lə oyundan sonra fikirlərini bölüşüb.

Mütəxəssis 2:0 hesabıyla bitən, amma penaltilər seriyasında uduzduqları görüş haqda bunları deyib: “Oyun baxımından meydanda ən yaxşı biz idik. Ümid edirəm ki, ağlımdan keçənləri demərəm, cəzalanmaq istəmirəm. Avropada bu mövsüm baş verənlərin sadəcə bəxtlə əlaqəli olduğuna ümid edirəm. “Lill”lə oyunda 120-ci dəqiqədə penalti, “Mançester Yunayted”lə oyun, indi də bu görüş… Oyunçularım üçün çox məyusam. VAR hakimi bu gecəni səssiz keçirdi. Böyük ehtimal, milli fasilədən sonra böyük bir oyunda olacaqlar. Lakin biz məyusuq, buna layiq deyildik”.

Portuqaliyalı mütəxəssis onlara qarşı haqsızlıq edildiyini düşünür: “Bu gün 3 penaltisi verilməyən komanda biz idik. Hər şey çox qəribədir. Xahiş edirəm, bu görüşdə də məni ədalətli oyunda ittiham etməyin. Mən buna layiq olduğumuzu düşünmürəm. Hətta “Reyncers” azarkeşləri də mənimlə razılaşacaqlar. Bu gecə ən yaxşı komanda biz idik. Yenidən qələbələr qazanmağımız mümkün olacaq. Futbolçuların və mənim bir xəyalımız var idi. Bu gün xəyallarımızı itirdik. Vidalaşacaqdıqsa, bu formada vidalaşmaq ən gözəlidir. Biz digər komandalardan fərqli olaraq o qüruru hiss etmədən Avropadan kənarlaşdırılmadıq. Penaltilərdə qalib gəlsək, bu qədər qürur duya bilməzdim”.

“Fənərbağça” ilk oyunda 1:3 hesabıyla məğlub olub və cavab görüşündə 2:0 hesablı qələbə qazandığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan “Reyncers” 1/4 finala yüksəlib.

Shares: