Basketbol üzrə Avroliqa turnirində 29-cu tura start verilib.
Gün ərzində keçirilən 6 oyunda maraqlı nəticələr qeydə alınıb. MBA-dan fərqli olaraq, görüşlərin əksəriyyəti gərginliyi ilə yadda qalıb.
Pley-off uğrunda mübarizə aparan “Srvena Zvezda” ilə “Olimpiya” komandalarının qarşılaşmasında qonaqlar qalib gəliblər – 82:80. “Jalgiris” – “Paris” oyununun taleyi də son saniyələrdə müəyyənləşib. Litva təmsilçisi 83:81 hesabı ilə qələbə qazanıb. Kiçik fərqlə qalib gələn digər komanda “Makkabi” Tel-Əvivdir. İsraillilər “Monako”nı 91:88 hesabı ilə məğlubiyyətə uğradıblar.
Liderlər qrupunda qərarlaşan “Fənərbağça” evdə ASVEL-dən üstün olub – 92:82. “Real” isə İtaliyada “Virtus”a 74:61 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçuları 13 xal toplayan Canan Musa ilə Valter Tavareş olublar.
Ən gözlənilməz nəticə “Alba”nın Berlində “Baskoniya”nı 97:90 hesabı ilə məğlub etməsidir. Aşkar autsayder olan almanlar mövsümdə 5-ci qələbəni qazanıblar.