Milli Basketbol Assosasiyasında çempionat 5 oyunla davam edib.

Lebron Ceymsin yoxluğunda “Los-Anceles Leykers”də bütün güc Luka Donçiçin üzərinə düşüb. Sloveniyalı basketbolçu oyunu 45 xalla tamamlayıb. Buna baxmayaraq, kaliforniyalılar “Miluoki Baks”a məğlub olublar – 106:126. Antetokumbonun aktivində 29 xal var.

“Detroyt Pistons” gözlənilmədən evində “Vaşinqton Vizards”a 125:129 hesabı ilə məğlub olub. Kaningemin 39 xalı da məğlubiyyətdən xilas olmağa imkan verməyib.

Digər 3 oyunun nəticəsi belədir:

Çikaqo Bullz – Bruklin Nets 116:110

Nyu-Orleans Pelikans – Orlando Mecik 93:113

Qolden Steyt Vorriors – Sakramento Kinqs 130:104

Shares: