“Çelsi” “Mançester Yunayted”in anlaşdığı Ceovani Kenda ilə müqavilə bağlamaq üzrədir. “Zadəganlar” “Sportinq”in 17 yaşlı futbolçusunun fikrini dəyişə bilib.

Futbolinfo.az xəbər verir ki, Qvineya-Bissau əsilli portuqaliyalı “qırmızı şeytanlar”la ilkin razılıq əldə etmişdi. Lissabon klubunun sabiq baş məşqçisi Ruben Amorim də israrla istədiyi “Sportinq” yetirməsi ilə şəxsən görüşüb razılığını almışdı. Lakin “Çelsi” həm vingerin özünə daha yaxşı maaş təklif edib, həm də klubuna 45-50 milyon avroluq təklif göndərməklə vəziyyəti dəyişib.

Kenda “7+1” illik müqaviləyə imza atacaq.

Shares: