Bu gün Misli Premyer Liqasında 27-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
Açılış matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edib. Əyalət təmsilçilərinin Mərdəkandakı görüşünü Rauf Cabarov idarə edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Kəpəz” – “Qarabağ” və “Sabah” – “Zirə” oyunları sabah keçiriləcək. “Səbail” – “Neftçi” və “Turan Tovuz” – “Sumqayıt” görüşləri isə martın 16-da baş tutacaq.
Misli Premyer Liqası
27-ci tur
14 mart
“Araz-Naxçıvan” – “Şamaxı” 1:1
Qollar: Bernardo Dias, 39 – Cəlal Hüseynov, 68.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev
“Liv Bona Dea Arena”, 19:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 10. Bernardo Dias, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.