Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Kəpəz” Tovuzda lider “Qarabağ”la üz-üzə gələcək. Günün digər oyunu isə “Sabah”la “Zirə” arasında keçiriləcək.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Şamaxı”nın görüşü heç-heçə bitib – 1:1. “Səbail” – “Neftçi” və “Turan Tovuz” – “Sumqayıt” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
27-ci tur
15 mart
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 17:00.
“Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
“Bank Respublika Arena”, 19:30.