Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Hatayspor” – “Sivasspor” matçında meydan sahibləri qələbə qazanıblar. “Rizəspor” isə evdə “Bodrumspor”a uduzub.
“Göztəpə” – “Eyüpspor” və “Fənərbağça” – “Samsunspor” matçlarında isə qalib müəyyənləşməyib.
Hazırda 71 xal toplamış “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 62, “Samsunspor” 51, “Beşiktaş”la “Eyüpspor” 44, “Qaziantep” 38, “Göztəpə” 37, “Başakşəhər” 36, “Trabzonspor” və “Kasımpaşa” 35 xal toplayıblar.
Türkiyə Super Liqası
28-ci tur
14 mart
Qalatasaray – Antalyaspor 4:0
Qollar: Osimhen, 30; 45+3; 52. Morata, 45-pen.
15 mart
Qaziantep – Kayserispor 1:0
Qol: Okereke, 52.
Kasımpaşa – Alanyaspor 2:1
Qollar: Fall, 30. Hayradinoviç, 36-pen – Vilyena, 38.
Başakşəhər – Trabzonspor 0:3
Qollar: Banza, 6. O.Tufan, 62. Mendi, 87.
Konyaspor – Beşiktaş 1:0
Qol: U.Yazğılı, 45.
16 mart
Rizəspor – Bodrumspor 0:2
Qollar: K.Alikulov, 22-öz qapısına. E.Bardi, 62.
Göztəpə – Eyüpspor 1:1
Qollar: Romulo Kardoso, 71 – T.Bingöl, 65.
Hatayspor – Sivasspor 3:2
Qollar: Butobba, 30. R.B.Yılmaz, 55. Kilama, 65 – Koita, 23. Manay, 58.
Fənərbağça – Samsunspor 0:0