İtaliya A Seriyasında 29-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Venesiya” – “Napoli” matçı qolsuz bitib. “Yuventus” səfərdə “Fiorentina”, “Latsio” isə “Bolonya”ya böyük hesabla uduzub. “Roma” evdə “Kalyari”yə qalib gəlibsə, “İnter” də səfərdə “Atalanta”nı 2 cavabsız qolla yenib.

Hazırda 64 xala malik “İnter” vahid liderdir. “Napoli” 61, “Atalanta” 58, “Bolonya” 53, “Yuventus” 52, “Latsio” 51, “Roma” 49, “Fiorentina” 48, “Milan” 47, “Udineze” 40 xal toplayıb.

İtaliya A Seriyası
29-cu tur

14 mart

Cenoa – Leççe 2:1
Qollar: Miretti, 16; 45+2 – Krstoviç, 68-pen.

15 mart

Montsa – Parma 1:1
Qollar: İzzo, 60 – Bonni, 84.

Udineze – Verona 0:1
Qol: Duda, 72.

Milan – Komo 2:1
Qollar: Pulişiç, 53. Reynders, 75 – Da Kunya, 33.

Torino – Empoli 1:0
Qol: Vlaşiç, 70.

16 mart

Venesiya – Napoli 0:0

Bolonya – Latsio 5:0
Qollar: Edqor, 16. Orsolini, 48. Ndoye, 49. Kastro, 74. Fabbian, 84.

Roma – Kalyari 1:0
Qol: Dovbik, 62.

Fiorentina – Yuventus 3:0
Qollar: Qosens, 15. Mandraqora, 18. Qudmundsson, 53.

Atalanta – İnter 0:2
Qollar: K.Auqusto, 54. L.Martines, 87.

Shares: