Fransa Liqa 1-də 26-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Brest” – “Reyms” matçı qolsuz bitib. “Olimpik” (Lion) evdə “Havr”a, “Strasburq” “Tuluza”ya, PSJ isə Marsel “Olimpik”inə qalib gəlib. “Monpelye” – “Sent Etyen” matçı isə ikinci hissədə, qonaqlar 2:0 öndə olarkən azarkeşlər arasındakı iğtişaşlar səbəbindən dayandırılıb.

Hazırda 68 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 49, “Monako” və “Nitsa” 47, Lion “Olimpik”i 45, “Lill” 44, “Strasburq” 43 xal toplayıb.

Fransa Liqa 1
26-cı tur

14 mart

Nitsa – Oser 1:1
Qollar: Gessan, 37 – Aye, 90+4.

15 mart

Nant – Lill 1:0
Qol: M.Məhəmməd, 83.

Anje – Monako 0:2
Qollar: Bieret, 77. Akliuş, 88-pen.

Lans – Renn 1:0
Qol: Said, 47.

16 mart

Olimpik (Lion) – Havr 4:2
Qollar: Lakazette, 22-pen. Fofana, 78. Mikautadze, 82. Almada, 90+6 – A.Ture, 31-pen. Kazimir, 45+1.

Brest – Reyms 0:0

Monpelye – Sent Etyen 0:2 (yarıda qalıb)
Qollar: Stassin, 11; 53.

Strasburq – Tuluza 2:1
Qollar: Lemareşal, 47. A.Santos, 54 – Maqri, 3.

PSJ – Olimpik (Marsel) 3:1
Qollar: Dembele, 17. N.Mendes, 42. Lirola, 76-öz qapısına – Quiri, 51.

Shares: