“Səbail”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandannın baş məşqçi vəzifəsinin icrası cari mövsümün sonunadək Elvin Məmmədova həvalə olunub. O, Hüseynovun köməkçisi idi və Cavid bəyin təyinatınadək komandanı bir oyuna çıxarmış və “Turan Tovuz”la heç-heçəyə nail olmuşdu.
Qeyd edək ki, “Səbail” ötən gün Cavid Hüseynovla yollarını ayırıb.