“San-Xose Şarks” 2024/2025 mövsümündə pley-offa çıxmaq şansını itirən ilk komanda olub.
San Xose komandası hazırda 45 xal toplayıb və Qərb Konfransında turnir cədvəlində 16-cı, Sakit Okean Divizionunda isə 8-ci yerdədir. “Şarks” MHL-in ümumi sıralamasında sonuncu yeri tutur.
Qərb Konfransına “Vinnipeq Jets” rəhbərlik edir. Şərq Konfransının lideri isə “Vaşinqton Kapitals”dır.
Xatırladaq ki, müntəzəm mövsümün sonunda ən yaxşı səkkiz komanda hər konfransdan pley-offa yüksəlir.