“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu komanda dəyişməkdə davam edir.
Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis bir yerdə çox qala bilmir.
46 yaşlı çalışdırıcı ölkəsində “Petrolul” klubunda da uğursuzluqla yadda qalıb. Yanvarda adıçəkilən komandanın “sükanı arxasına” gətirilən Mutu cəmi 2 aydan sonra istefaya göndərilib. Buna səbəb komandanın uğursuz nəticələr göstərməsi olub. Komanda onun rəhbərliyi altında cəmi 10 oyuna çıxıb.
Qeyd edək ki, Adrian Mutu 2023-cü ilin yayından dekabrına qədər “Neftçi”yə rəhbərlik edib.