17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gələcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı portuqaliyalı baş hakim idarə edəcək. Görüş saat 13:00-da başlayacaq. Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər.
Son tur öncəsi Lüksemburq 6 xalla qrupun lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşırlar. Qrup sonuncusu Malta seçməsinin aktivində xal yoxdur.
18 mart
13:00. Malta – Azərbaycan
Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)
Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)
Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)
Bayıl stadionu