MBA-da müntəzəm çempionat 10 oyunla davam edib.
“Hyuston Rokets” doğma meydançasındakı qələbə seriyasını davam etdirib. Lakin bu dəfə qələbə çətinliklə əldə edilib. Böyük fasiləyə qədər “Filadelfiya Siksers” 21 xallıq üstünlük əldə etsə də, “Rokets” matçın sonuna tarazlığı bərpa edib. Overtaymda isə meydan sahibləri qələbə qazanıblar – 144:137. Oyunda ən çox xalı qonaqların basketbolçusu Qrims toplayıb. Onun aktivində 46 xal var. Alperen Şengün qarşılaşmada dabl-dabl edib.
“Los-Anceles Leykers” evdə “San- Antonio Spörs”dən üstün olub – 125:109. Ostin Rivz oyunu 30 xalla bitirib. Luka Donçiç qarşılaşmada dabl-dabl edib.
“Qolden Steyt Vorriors” vacib görüşlərdən birində “Denver Naggets”ə 105:114 hesabı ilə məğlub olub. Karri görüşü 20 xalla tamamlayıb.
“Sakramento Kinqs” evdə “Memfis Qrizliz”ə qalib gəlib. Bunun nəticəsində Qərb konfransında ikinci yerə Hyuston və Denver komandaları yüksəlib.