ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində son oyun baş tutub. Dortmund “Borussiya”sı Meksikanın “Monterrey” klubuna 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələdə “Real”la qarşılaşmaq hüququ qazanıb.

Almaniya təmsilçisinin heyətində Seru Qirassi dublla (14, 24) yadda qalıb, “Monterrey”in yeganə qoluna isə 48-ci dəqiqədə Herman Berterame imza atıb.

Bu matçdan sonra 1/4 finalda bütün cütlüklər müəyyənləşib:

4 iyul

23:00. “Palmeyras” (Braziliya) — “Çelsi” (İngiltərə)

5 iyul

05:00. “Fluminense” (Braziliya) — “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

20:00. PSJ (Fransa) — “Bayern” (Almaniya)

6 iyul

00:00. “Real” (İspaniya) — “Borussiya” (Dortmund, Almaniya)

Oyunların başlama saat Bakı vaxtı ilə göstərilib.

Shares: