Bu gün Topaz Premyer Liqasında 19-cu turun oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib.
"Bakcell Arena"dakı matçdan sonra jurnalistlərə müsahibə meydan sahiblərinin ispaniyalı hücumçusu Salas Quinta qələbəni belə şərh edib:
– Çətin oyun oldu. Belə olacağını bilirdik. Qələbə qazandığımıza görə, şadam.
– İlk "4-lük"də olan komandalardan “Zirə” və “İnter” avrokuboklardan kənarda qala bilər. Bu, sizin üçün əlavə stimuldu?
– Bunun bizim üçün fərqi yoxdu. Əsas məqsədimiz avrokubok zonasında mövsümü bitirməkdi.
– Bunun bizim üçün fərqi yoxdu. Əsas məqsədimiz avrokubok zonasında mövsümü bitirməkdi.
– Digər rəqiblərdən fərqli olaraq, “Sumqayıt”a qarşı keçirilən oyunların hər 3-də qalib gəlmisiniz. Bu rəqibin özəlliyi nədi?
– Məncə, xüsusi bir səbəb yoxdu. Bu futboldu, belə şeylər olur.
– Məncə, xüsusi bir səbəb yoxdu. Bu futboldu, belə şeylər olur.
– Matç başa çatanda əsəbi görünürdün…
– Həmişə ən yaxşı oyunmu göstərməyə çalışıram. Qol vurmaq istəyirdim, amma bacarmadım. Buna görə bir az narazı idim. Ancaq qələbə qazandığımıza görə, xoşbəxtəm.
– Həmişə ən yaxşı oyunmu göstərməyə çalışıram. Qol vurmaq istəyirdim, amma bacarmadım. Buna görə bir az narazı idim. Ancaq qələbə qazandığımıza görə, xoşbəxtəm.
– Qeyri məhsuldarlığının səbəbi nədi?
– Qol vurmaq istəyirəm. Futbol kollektiv oyundu. Əsas odu ki, qalib gələk, kimin qol vurmasının elə də əhəmiyyəti yoxdu. Mövsümün ilk yarısını zədəli halda matçlarda iştirak etmişəm.
– Qol vurmaq istəyirəm. Futbol kollektiv oyundu. Əsas odu ki, qalib gələk, kimin qol vurmasının elə də əhəmiyyəti yoxdu. Mövsümün ilk yarısını zədəli halda matçlarda iştirak etmişəm.
– İlk hissədə simuliyasiyaya görə, sarı vərəqə aldığın epizodda penalti var idi?
– Sadəcə, inanılmaz qərar idi. Təmiz penalti idi.
– Sadəcə, inanılmaz qərar idi. Təmiz penalti idi.
ELMAR ABDULLA-ZADƏ