“Xəzər Lənkəran”ın qış fasiləsində yollarını ayırdığı oyunçulardan birinin aqibəti bəlli olub. Futbolinfo.az xəbər verir ki, Elvin Mirzəyev özünə yeni komanda tapıb.
Belə ki, müdafiəçi bundan sonra 1-ci divizion təmsilçisi “Turan Tovuz”un şərəfini qoruyacaq. O, sözügedən komanda ilə mövsüm sonuna kimi anlaşıb. Sabiq klubu “Xəzər Lənkəran”ın ona 10 minə yaxın borcu olduğunu deyən futbolçu bir neçə gün öncə klubdan transfer vərəqini alıb.
Qeyd edək ki, Mirzəyevlə yanaşı Kazım Kazımlı da Lənkəran klubundan kənarlaşıdırılmış, Elnur Cəfərov, Kamran Abdullazadə və Elşən Rzazadə isə transferə çıxarılmışdı.