2006-10-cu illər aralığında “Xəzər Lənkəran”ın mətbuat katibi və saytın redaktoru vəzifələrində, bir müddət “Palmali”nin Bakı ofisində çalışan, eyni zamanda klub rəhbərliyinə yaxın olmasıyla tanınan Tural Əsgərov "Futbol+" qəzetinə maraqlı müsahibə verib. Futbolinfo.az xəbər verir ki, hazırda agent kimi çalışan Əsgərov “Xəzər Lənkəran”la bağlı bbəzi maraqlı məqamları açıqlayıb:
– Konkret sualla başlayaq: “Xəzər Lənkəran” niyə bu günə düşdü?
– Sual qısa görünsə də, cavabı olduqca genişdi. Baxır məsələyə hansı prizmadan yanaşırsız və nəyi nəzərdə tutursuz. Maliyyədən danışırıqsa, xüsusi qabardılası bir şey yoxdu. Dünyanı cənginə alan maliyyə böhranı klubun tək sponsoru “Palmali” şirkətlər qrupundan yan keçmədi. Ona görə də başqa klublarla müqayisədə “Xəzər Lənkəran”da böhran daha kəskin hiss olunur.

– Razılaşaq ki, klubun çətin duruma düşməsinin tək səbəbi maliyyənin azalması deyil. Ona qalsa, “Neftçi” və “İnter” kimi iddialılar da pul sarıdan korluq çəkir. Söhbət əcnəbi futbolçularla aradakı narazılıqdan,yerli oyunçuların maaşa görə məşqləri boykot etməsindən, komandanın turnir cədvəlindəki mövqeyindən gedir.
– Nə demək istədiyinizi anladım. İdarəçilikdə ciddi nöqsanlara yol verilməsi artıq heç kimə sirr deyil. Təməl möhkəm qoyulmadıqda, struktur düzgün qurulmadıqda sonluq istədiyin kimi olmayacaq. Gec və ya tez – bunun bir sonu olmalıdı. İnanın, elə vəziyyət yaranıb ki, adam əcnəbi futbolçuların yanında “Xəzər Lənkəran”ın adını çəkmək istəmir. Tanımasa, tanımaq üçün vaxt istəyib olanlardan xəbər tutacaq. Tanıyan isə “ora təhlükəli yerdi” deyəcək.

– Uzun müddət klubda çalışmısan. İdarəçilikdəki səhvlər nədən ibarət idi? Bizə maraqlı olan bunu bilməkdi.
– “Xəzər Lənkəran”ın ən böyük problemi totalitar rejimli idarəçilikdi. Bildiyiniz kimi, Mübariz Mənsimov klubu kiçik qardaşına həvalə edib. Mais bəy isə futbolu dərindən bilməyən adamdı. Belədə klubu kənardan, amma tanıyıb inandığı insanların məsləhətləri əsasında idarə etmək yolunu seçib. Həmin insanların sayı əvvəl çox olsa da, get-gedə azaldı. Məsələn, Zəfər Mirzəyev vardı, “Palmali”nin Bakı ofisində önəmli vəzifə tuturdu. Mais bəyin ən yaxın dostlarından biri sayılırdı, hər bir fikrini onunla bölüşürdü. Səməd Mustafayev də uzun illər klubda çalışıb. Futbolu bilən, işini sevən adamlardan biri kimi tanınıb həmişə. O da prezidentə yaxın idi, fikirləri böyük önəm kəsb edirdi. Soyadını xatırlamadığım Eldar bəy adlı şəxs vardı, o da məsləhətlərini, bildiklərini əsirgəmirdi. Artıq bu insanların heç biri “Xəzər Lənkəran”da deyil. Onların gedişi ilə çöküşün təməli qoyuldu. Adlarını sadaladıqlarım əsas idarəedicilər sayılmadığından, gündəlik işlər Tuyqun Nadirova həlalə olunurdu. Uzun illərdi klubdadı və kadr siyasətinə birbaşa nəzarət edir. Bax, ilk sual burdan başlayır: niyə?

– Niyə?
– Bu gün “Xəzər Lənkəran”da həkimin işi futbolçuları müalicə etmək yox, Tuyqun Nadirova məlumat ötürməkdi. Filan futbolçu filan otağa girdi, komanda restorana çatdı, filan pişik filan yuvaya girdi. Dünyanın hansı ölkəsində belə idarəçilik var? Bu rejimlə hansı klubda mehribanlıq, birlik olar? Hamı bir-birindən şübhələnir, bir-birinin üzünə baxır. Sanki hansısa orqandı. Son ilyarımda Nadirov klubu tam ələ keçirib. Ən sadə işçi onun kadrıdı. Uzun illərdi özünü uzaqgörən futbol siyasətçisi kimi təqdim etsə də, nəticələr və sanksiyalar göz qabağındadı. Bu gün müxalif fikirli klub rəsmisi, yaxud sıravi işçi ağzını açıb söz deməyə qorxur. Bunun da əsas səbəbi Mais bəyin yanında futbolu bilən insanların qalmamasıdı. Klubu idarə edən adam ilk növbədə o klubu sevməlidi, daha sonra futbolun nə olduğunu bilməlidi, idarəçilikdən başı çıxmalıdı, futbolçularla, azarkeşlərlə münasibət qurmağı bacarmalıdı. “Ürəyim belə istəyir, mən deyən olmalıdı” – belə idarəçilik olmaz. Olsa da, sonu belə olacaq.

– Bir məqamı başa düşmədim. Belə çıxır ki, Mais Mənsimovun yalnız adı var.
– Klub prezidentin verdiyi qərarlar əsasında idarə olunur, bu öz yerində. Amma o qərar verilənə qədər nə baş verir? Məsələdən duyuq düşən Tuyqun Nadirov öz ideyasını yeritmək üçün bir neçə gün öncədən fəaliyyətə başlayır. Yəni hadisələrin axarını elə istiqamətə yönəldir və ya təqdim edir ki, Mais Mənsimov vitse-prezidentin təklifinin reallaşmasına qərar verir. Bu isə klubun Nadirov tərəfindən idarə olunması deməkdi. Dərinə getsək, klubu o idarə edir.

– FİFA-da niyə o qədər şikayət cəmlənib? Bunun səbəbkarı kimdi, səbəbi nədi?
– Mais bəyin xarakterinə bələdəm, sərtlik, bəzən güzəştə getməmək var onda. Hansısa futbolçu zəif çıxış edəndə, yaxud Lənkərana uyğunlaşa bilməyəndə, onunla yolları “bir də onu burda görməyim, göndərin getsin” şəklində ayıra bilər. Halbuki o vəziyyətdə vitse-prezident prezidentin yanında olmalı, reallığı başa salmalı, fikrindən daşındırmağa çalışmalıdı. Çünki o cəza növlərini yaxşı bilir. Bilirsiz, Nadirov nə deyir: “olsun prezident, qovaq getsin”. Baxın, həmin qovmaqların sonu belə olur. O futbolçudan fayda görməməklə yanaşı, həm pul ödəməlisən, həm də dünyada rüsvay olursan.

– Çıxış yolu varmı?
– Yeganə çıxış yolu hər şeyə sıfırdan başlamaqdı. O stadion, o komanda, turnir cədvəlindəki vəziyyət – hamısı rəzil gündədi. Struktur və siyasət fərqli olmalıdı. Məsələn, klubu bir nəfərin idarə etməsi, qərar verməsi sistemindən imtina olunmalıdı. Futbola futbolun qanunları ilə yanaşmaq lazımdı. “Qovun getsin”dən öncə müqavilədəki şərtlərə baxılmalı, hətta ən pis vəziyyətdə belə, ortaq məxrəcə gəlinməlidi. Müqavilələrə çətin vəziyyətdə kluba sərf edəcək bəndlər salınmalıdı. Klubun imzasına hörmət etməyəcəksəndə, şikayətçi futbolçu, ümumiyyətlə, etməyəcək. Fırıldaqla, “atmaqla” iş olmaz. Tuyqun Nadirovdan bəhs etdim, amma bu o demək deyil ki, onun klubdan ayrılmasını istəyirəm, yaxud ona qarşı qərəzim var. Struktur yenidən qurulsa belə, işini davam etdirə, xeyir verə bilər. Amma ona ciddi nəzarət olmalıdı, o boyda camiəni təkbaşına idarə etməsinin qarşısı alınmalıdı. Mais bəy dərk etməlidi ki, mən və ən əsası, böyük qardaşım Mübariz Mənsimovun adı olan yerdə Tuyqun Nadirov istədiyini edə bilməz.