FİFA-nın məluma sankiyasından sonra gənclərin ümidinə qalan "Xəzər Lənkəran" qış transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" daha iki oyunçu ilə güclənib.
Belə ki, Cənub təmsilçisi cari mövsümün ilk yarısını "Rəvan"da keçirən Vüqar Bəybalayev və Tural Qürbətovu heyətinə qatıb.
Qeyd edək ki, Lənkəran klubu qış fasiləsi zamanı Nodar Məmmədov ("Sumqayıt"), Ruslan Cəfərov ("Zirə"), Orxan Səfiyaroğlu ("Bakılı"), Vaquf Güləliyev ("Neftçala"), və Asif Mirilini də transfer etmişdi.