Rasmus Hoylund “Mançester Yunayted”dən ayrılmağa qərar verib. İsrarla klubda qalmaq istəyən hücumçu burada istənilmədiyini gördüyü üçün indi təkliflərdən birin dəyərləndirmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, danimarkalı forvardın da şərti var. O, İngiltərə klubunu icarəyə getməklə tərk etməyəcək. Hoylund ya birdəfəlik satılmasını, ya da bir il icarədə olduqdan sonra gedəcəyi klubla uzunmüddətli müqavilə bağlamağı tələb edir.
Hazırda “Napoli” və “Milan” oyunçunu sözügedən şərtlə icarəyə götürmək istəyir. “Leypsiq” də eyn fikirdədir, amma almanlar birdəfəlik satınalma variantını yaxın buraxmır.






