Ötən gün Topaz Premyer Liqasında XXIII turun qarşılaşmaları keçirilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Qarabağ"la 1:1 bərabərə qalıb.
"İnter Arena"dakı matçdan sonra jurnalistlərə açıqlama verən qonaq komandanın kapitanı Rəşad Sadıqov heç-heçəni belə şərh edib:
– Oyunun bu axarda keçəcəyini gözləyirdinizmi?
– Oyun bizim üçün gərgin keçdi. “İnter” kimi komandaya qarşı, özü də səfərdə oynadıq. Onların oyunlarını izləmişdik. Yaxşı formada olduqlarını bilirdik. Qış fasiləsindən sonra məğlubiyyətləri sıralasalar da, əvvəlki turda özlərinə gəldiklərini göstərdilər. Komandanın heyəti təcrübəli futbolçulardan qurulub. Buna görə də kəsərli hücumlar qura bilmirdik. Düzdü, oyuna nəzarət edirdik, amma istədiyimiz kimi qol epizodları yartmağa imkan vermirdilər. Bizi əks-hücumda yaxaladılar və hesabı açdılar. Fasilədən sonra tamamilə hücuma atıldıq. Sona yaxın hesabı bərabərləşdirdik. Şükürlər olsun ki, məğlubiyyətdən qaça bildik. “İnter” kimi rəqiblər heç-heçə etmək pis nəticə deyil.

– Sona 10 dəqiqə qalmış oyun bir qədər canlandı. Bu “İnter”in müdafiəyə çəkilməsiylə bağlıdı?
– “İnter”ə qarşı oynamaq həmişə çətindi. Xüsusi sistemlə oynayırlar, qapalı müdafiəyə üstünlük verirlər. Oyun zamanı rəqib üzərinə gəlmirsə, hücum qurmaq çətin olur. Üstəlik qarşımızda təcrübəli heyətə malik, güclü müdafiə olunmağı bacaran bir komanda var idi. Belədə baxımlı oyun nümayiş etdirmək çox çətindi. Yenə deyirəm, “İnter”ə qarşı səfərdə heç-heçə etmək pis nəticə deyil.

– Demək olar ki, 65 dəqiqə ərzində “çərçivə”yə düşə biləcək zərbənin şahidi olmadıq. Bu “İnter”in güclü müdafiə olunmasından irəli gəlirdi?
– Burda iki səbəbə var: biz hücumda kəsərli ola bilmirdik, paralel olaraq rəqib də yaxşı müdafiə olunurdu. “İnter”ə qarşı oyunumuz həmişə ağır keçib. Bu dəfə də istisna olmadı. Bizə müdafiəni yarmaq çox çətin oldu.

– Oyun gedə-gedə bir anlıq məğlub olduğunuzu və “Zirə”nin sizə çatacağını düşündünüzmü?
– Qol buraxanda çox əsəbləşdim. Bilirdim ki, bunlara sonra qol vurmaq çox çətin olacaq (Həmin vaxt Rəşadın yanında olan Kamran söhbətə müdaxilə edir və “Kamrana qol vurmaq çox çətindi” deyə replika atır. Rəşad isə indiyə qədər 5 qol vurduğunu, onun 3-nü Kamranın qoruduğu qapıdan keçirdiyini vurğulayır). İkinci hissənin gedişi qol vura bilməyəcəyimizi göstərirdi.

– Sizin hücuma qoşulmağınız əvvəlcədən hazırlanmış “ev tapşırığı” idi?
– Hazırlanmış bir şey deyildi. Baş məşqçi dedi ki, itirəcəyimiz bir şey yoxdu, irəli çıx. Mən də getdim və qol vurdum.

– Növbəti turda ən yaxın izləyicinizlə qarşılaşacaqsınız. Həmin oyunu final dueli adlandırmaq olarmı?
– Final oyunu deməzdim, çünki qarşıda çox oyunlarımız var. Bu tip oyunlarda məğlub olmamaq vacibdi. Çalışacağıq qələbə qazanaq, xal fərqini artıraq.

– Həftəiçi ölkə kubokunun ¼ final oyunu var. “Sumqayıt”la qarşılaşma oyun qrafikinə təsir edəcəkmi?
– Çox təsir edəcək. “Sumqayıt” ikinci hissəyə pis başlasa da, son turlarda oyununu tapıb. Bizi çətin qarşılama gözləyir.