Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. Futbolinfo.az xəbər verir ki, Məmmədov futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunlarında hakim-inspektor vəzifəsini icra edəcək.
Turnirin yarımfinal oyunları aprelin 22-də keçiriləcək:
“Uqra” (Rusiya) – “Benfika” (Portuqaliya)
“Peskara” (İtaliya) – “İnter” (İspaniya)
3-cü yer uğrunda oyun və final qarşılaşması aprelin 24-də təşkil olunacaq.
Turinirin final mərhələsinə İspaniyanın Qvadalaxara şəhəri ev sahibliyi edəcək.