“Bu gündən etibarən məşqlərə başladıq. Ayın 16-da “İmişli” ilə yoxlama oyunumuz olacaq”.
Bu sözləri Futbolinfo.az saytına açıqlamaasında I Liqa təmsilçisi “Şəfa”nın baş məşqçisi Elgiz Kərimli deyib.
Mütəxəssis toplanış müddətində ümumilikdə 4 yoxlama oyunu keçirəcəklərini qeyd edib:
“Bilindiyi kimi, hədəf çempionluqdur. Bugündən başlayaraq hazırlıqlarımız ayın sonuna qədər davam edəcək. Bilindiyi kimi, İbrahim Əliyev artıq komandamıza qoşulub. Bir neçə futbolçu ilə də danışıqlarımız davam edir. Yoxlama görüşlərimizin vaxtı artıq dəqiqləşib: yanvarın 23-də MOİK, 28-də “Difai”, 29-da “Şimal”a qarşı yoxlama oyunumuz olacaq. Artıq fevralın 5-də “Bakı Sportinq”lə oyuna hazırlaşacağıq”.






