UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Nyukasl” – “Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, UEFA İngiltərə klubunun yarımmüdafiəçisi Sandro Tonalini fərqləndirib.

Komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə hesabı açan italiyalı oyunçu meydançada olduğu 90 dəqiqə ərzində bütün ötürmələrində dəqiqlik göstərib. Tonali matçda 11,8 km məsafə qət edib.

Qeyd edək ki, iki oyunun ümumi nəticəsinə görə 9:3 hesablı qələbə qazanan “Nyukasl” 1/8 finala yüksəlib.

Shares: