Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib:

“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya)
“Genk” (Belçika) – “Frayburq” (Almaniya)
“Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya)
“Bolonya” (İtaliya) – “Roma” (İtaliya)
“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya)
“Selta” (İspaniya) – “Olimpik” (Lion, Fransa)
“Nottingem Forest” (İngiltərə) – “Midtyulland” (Danimarka)
“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)

Shares: