Basketbol üzrə Avroliqa turnirində bir oyun keçirilib. İtaliyada baş tutan qarşılaşmada “Virtus”la “Paris” komandaları qarşılaşıb.
Oyun qonaq komandanın qələbəsi ilə başa çatıb – 103:82. Nadir Hifi 20 xalla görüşün ən məhsuldar oyunçusu olub.
Beləliklə, Paris komandası qələbə sayına görə italyanlarla bərabərləşib. Hazırda hər iki komandanın aktivində 13 qələbə var. Lider isə 23 qələbə qazanan “Fənərbağça”dır.






