Kiprdə şahmat üzrə “İddiaçılar Turniri” davam edir.
3-cü turda Fabiano Karuana çinli Vey İyə qalib gəlib. Amerikalı qrosmeyster ilk turda Hikaru Nakamuraya qalib gəlmiş, 2-cidə isə Aniş Giri ilə heç-heçə oynamışdı. Beləliklə, 3 turdan sonra o, 2,5 xalla liderliyə yüksəlib.
Xatırladaq ki, turnirə aprelin 16-da yekun vurulacaq. Yarışların ümumi mükafat fondu 1 milyon avrodur. Qalib 70 min avro qazanacaq. Bundan başqa, hər yarım xala görə şahmatçılara 5 min avro ödəniləcək.






