AFFA-da bir sıra islahatlar aparılıb.

Futbolinfo.az xəbər verir ki, bunu milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.

O, futbol ictimaiyyətinin tanınmış nümayəndələrinin quruma cəlb olunduğunu söyləyib:

“Bəxtiyar Musayev və Mirbağır İsayevi qeyd etmək istəyirəm. Həmçinin Cahangir Həsənzadənin bu gün texniki direktor vəzifəsində son günüdür. Başqa dəyişikliklər də gözlənilir”.

Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.

Shares: