“Mançester Siti” Rodriyə yeni müqavilə təklif edib. Təcrübəli yarımmüdafiəçi komandada qalacağı halda maaşı artırılacaq.
Futbolinfo.az xəbər verir ki, bu, “şəhərlilər”in İspaniya millisinin üzvünə etdiyi son təklifdir. Rodri razılaşmayacağı halda yayda satışa çıxarılacaq.
Premyer Liqa təmsilçisi müqaviləsi növbəti mövsümün sonunda bitəcək oyunçunun satışından imkan daxilində çox pul qazanmaq niyyətindədir. “Real”ın ona müştəri düşməs ingilislərin tamahını artırıb.





