Madrid “Real”ının keçmiş yarımmüdafiəçisi Quti o dövrdəki gənc futbolçularla indikilər arasındakı gəlir fərqindən danışıb.
“17 yaşıma qədər heç vaxt “Real”da oynayacağımı və ya peşəkar olacağımı düşünməmişdim. Sadəcə futbolu sevirdim. 18 yaşım tamam olanda mənə peşəkar müqavilə təklif etdilər, bir az pul verdilər və mən düşündüm ki, bu, mümkündür. İldə bir milyon peset qazanırdım. Bu, indiki pulla 6000 avrodur. Mənim üçün inanılmaz idi.
İndi həyat dəyişib. Artıq onlara ciddi maaş verilir. Digər klublardan gələn uşaqlar maaş almağa başlayırlar. Əvvəllər peşəkar müqavilə və ya hətta əsas komandada müqavilə bağlamaq üçün bir müddət orada oynamaq lazım idi. İndi isə öz səviyyəsində fərqlənən uşaqlar müqavilə bağlayır və əsas komandada oynamağa başlayırlar”.
“İlk maaşımdan özümə “Siemens” mobil telefonu aldım. Möhtəşəm idi. Bizim rayonda mobil telefonu olan tək mən idim”, – deyə Quti bildirib.





