Kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinə aprelin 7-də start veriləcək.

Futbolinfo.az xəbər verir ki, yarımfinalın cavab oyunları isə aprelin 14-də keçiriləcək.

Yarımfinalda “Murov Az Terminal”, “Xilasedici”, “ORDU” və “Neftçi” komandaları final uğrunda mübarizə aparacaqlar.

Reqlamentə əsasən, yarımfinal mərhələsinin görüşləri ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün qızıl set oynanılacaq.

Bürünc və qızıl medal uğrunda görüşlər isə bir oyundan ibarət olacaq.

Yüksək Liqa (kişilər) | yarımfinal, 1-ci oyun

7 aprel 2026
16:00. “Murov Az Terminal” – “Xilasedici”
18:00. “ORDU” – “Neftçi”
FHN-nin idman zalı

Yüksək Liqa (kişilər) | yarımfinal, 2-ci oyun
14 aprel 2026

16:00. “Xilasedici” – “Murov Az Terminal”
18:00. “Neftçi” – “ORDU”
FHN-nin idman zalı

Shares: