ABŞ MLS liqasında 6-cı tura start verilib.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolambus Kryu” “Atlanta Yunayted”in qonağı olub və 3:1 hesabı ilə qələbə qazanıb. Axundzadə 90-cı dəqiqədə Marselo Herreranı əvəz edərək meydana girib. Bu, onun MLS-də ikinci oyunu olub.
Bu qələbədən sonra “Kolambus Kryu” 6 oyundan 5 xalla Şərq konfransında 11-ci yeri tutur. Şərq konfransına 13 xalla “Neşvill” başçılıq edir.






