Formula 1-in mətbuat xidməti tərəfindən aparılan sorğuda sürücülər bir-biri ilə bağlı bir neçə qeyri-adi sualı cavablandırıblar. Yeddiqat dünya çempionu Lyuis Həmilton qeyd olunanların sayına görə digərlərini qabaqlayıb.

Hansı sürücünün realiti-şouda iştirak edəcəyi soruşulduqda, Esteban Okon, Lando Norris və Pyer Qasli “Lyuis” cavabını veriblər.

Valtteri Bottas Həmiltonu 100 metrlik sprintdə qızıl medala əsas namizəd sayıb və onu güclü, sürətli və çevik adlandırıb. Oskar Piastri, Serxio Peres, Karlos Sayns, Esteban Okon, Qabriel Bortoleto və Fernando Alonso da britaniyalı sürücünü bir neçə dəfə qeyd ediblər.

Shares: