“Aston Martin” komandasının pilotu və Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso oğlunun adını açıqlayıb.

“Bu gün mətbuatdan oğlumuzun fərqli bir adı olduğunu öyrəndik. Lakin biz onu hər gün gördüyümüzdə Leonard adlandırmağa davam edirik”, – deyə Alonso sosial mediada yazıb.

Daha əvvəl mediada ispaniyalı sürücünün oğluna Fernando adını verdiyi iddia edilmişdi. Məlumata görə, guya bu adı ispan pilot özü qoymuşdu. Lakin sürücü bu məlumatları təkzib etmiş və Formula 1 tərəfindən ona hədiyyə olaraq göndərilən paddok biletini göstərmişdi.

Shares: