“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva mövsümün sonunda komandanı tərk edəcək. Portuqaliyalı yekun qərarını verib.
Futbolinfo.az xəbər verir ki, bir neə klubdan dəvət alan təcrübəli oyunçunun gedişi çoxdan gözlənilrdi. O, yayda bitəcək müqaviləsini yeniləməkdən boyun qaçıraraq mövqeyini göstərmişdi. İndi isə bəlii olur ki, Silva klub rəhbərliyinə və məşqçilər heyətinə də fikrini çatdırıb.
Baş məşqçi Xosep Qvardiolanın köməkçisi Xosep Linders xəbəri təsdiq edib: “Kapitan bənzərsizdir və onu başqa oyunçu ilə əvəz etmək olmaz, çünki belələri yoxdur. Ümid edirəm ki, o, son ayları yaxşı keçirəcək və layiqincə vidalaşacaq. Bernardu bütün bu diqqətə layiqdir”.
Silva “Mançester Siti”nin heyətində altı dəfə İngiltərə Premyer Liqasının çempionu olub. Cari mövsümdə oyunçu bütün turnirlərdə klubun heyətində 43 matç keçirib, bu oyunlarda üç qol və beş məhsuldar ötürmə ilə fərqlənib.






