Seru Girassu yayda klubunu dəyişəcək. 30 yaşlı qvineyalı özünü daha iddialı klubda sınamaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, mərkəz hücumçusu Dortmund “Borussiya”sında titulsuz qalmaqdan bezib. O, daha ciddi hədəfləri olan komanda axtarışındadır.

2024-cü iln yayında “Ştutqart”dan 18 milyon avroya transfer olunan oyunçunun hazırkı müqaviləsi növbəti iki mövsüm üçün də qüvvədədir. Amma o, rəhbərlikdən satılmasını xahiş edib. Dortmundlular 40 milyon avro ödəmək istəyən müştərilərlə müzakirəyə hazırdır.

Shares: