Kastello Lukeba klubunu dəyişəcək. 23 yaşlı fransalı stopper ciddi iddiası olan komanda axtarışındadır.

Futbolinfo.az xəbər verir ki, 3 il öncə Lion “Olimpik”indən 30 milyon avroya transfer edilən müdafiəçi “Leypsiq”də xoşbəxt deyil. Oyunçu 2029-cu ildə bitəcək müqaviləsinn sonunu gözləmək niyyətində deyil.

Lukeba klub rəhbərliyinə mümkün təkliflərdən birini dəyərləndirmək istədiyini bildirib. Almanlar 70 milyon avro ödəniləcəyi təqdirdə onu buraxmaq haqqında düşünə bilər.

Shares: