Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə 3 oyun baş tutacaq.
“İmişli” “Turan Tovuz”la qarşılaşacaq. Oyunu Cavid Cəlilov idarə edəcək.
“Zirə” “Şamaxı”nı qəbul edəcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq.
Turun qapanış matçında isə “Araz-Naxçıvan” lider “Sabah”la üz-üzə gələcək. Bu matçı Fərid Hacıyev idarə edəcək.
Daha öncə “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub, “Qarabağ” “Karvan”a (7:0) qalib gəlib.
Misli Premyer Liqası
26-cı tur
7 aprel
“İmişli” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
Quba OİK stadionu, 15:00.
“Zirə” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:15.
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov.
“Liv Bona Dea Arena”, 19:30.






