Misli Premyer Liqasında 26-cı tura bu gün yekun vurulacaq.

Futbolinfo.az saytının məlumatına görə, son oyunda “Araz-Naxçıvan” “Sabah”ı qəbul edəcək.

Bu, komandaların çempionat çərçivəsində 11-ci matçı olacaq. 2023-cü ildə başlayan rəqabətdə naxçıvanlılar ilk və yeganə qələbələrini elə həmin il qazanıblar. Bu, 2023-cü ilin dekabrına təsadüf edib.

“Araz-Naxçıvan” 2 il 4 aydır – yəni 8 oyundur “Sabah”a qalib gələ bilmir. Geridə qalan 8 qarşılaşmanın 4-də məğlub olan bölgə təmsilçisi 4 dəfə də heç-heçə ilə kifayətlənib. “Sabah”ın indiyə qədər 15 qoluna “Araz-Naxçıvan” 10 qolla qarşılıq verə bilib.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Shares: