Avropanın milli çempionatlarında bu mövsüm məğlub olmayan 2 komanda qalıb.

Futbolinfo.az saytının məlumatına görə, bunlar “Slaviya” və “Benfika”dır. “Slaviya” Çexiya, “Benfika” isə Portuqaliya çempionatının geridə qalan 27 turunda məğlubiyyət üzü görməyib.

20 və daha çox oyun keçirənlər arasında 6 komandanın passivində 1 yenilgi var. Onlardan biri də Misli Premyer Liqasının lideri “Sabah”dır. Qəsəbə təmsilçisi keçirdiyi 25 qarşılaşmanın yalnız 1-də xalsız qalıb.

“Bayern” (Almaniya), “Fənərbağça” (Türkiyə) 28, “Tre Fiori” (San Marino) 26, “Şaxtyor” (Ukrayna) 21, “Linkoln” (Cəbəllüttariq) isə 20 görüşdə 1 məğlubiyyətlə yadda qalıblar.

Shares: