“Dubay” basketbol klubu, Avroliqa və Adriatik Liqasındakı (ABA Liqası) ev oyunlarını Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki yerləşən “Zetra Arena”da keçirəcək. Bu barədə klubun rəsmi saytında məlumat verilib.

Hələlik iki oyunun orada keçiriləcəyi elan edilib:

Avroliqa, 37-ci tur: Dubay – Anadolu Efes (10 aprel);

ABA Liqası, 7-ci tur: Dubay  – Buduçnost (13 aprel).

Qərar Avroliqa rəhbərliyi ilə məsləhətləşmələr əsasında verilib. Sarayevodakı arena Əmirlik komandasının müvəqqəti ev meydançası kimi xidmət edəcək. Klub liqa ilə sıx əməkdaşlıq etməyə və BƏƏ-dəki vəziyyəti izləməyə davam edəcək.

“Dubay” bu mövsüm Avroliqada 18 qələbə və 17 məğlubiyyətlə 12-ci yerdədir.

Shares: