“Böyük dəbilqə” seriyalı turnirlərin yeddiqat çempionu Karlos Alkaras dünyanın 1 nömrəli tennisçisi kimi 66-cı həftəsinə başlayıb. Bununla da o, lider olduğu həftələrin sayına görə hazırda reytinqdə 2 nömrə olan italyan tennisçi Yannik Sinnerə çatıb. Hər iki oyunçu bu göstəriciyə görə 12-ci yerdədir.
Dünyanın 1 nömrəli tennisçisi kimi ən çox həftə keçirən idmançılar:
Novak Cokoviç (Serbiya) – 428
Rocer Federer (İsveçrə) – 310
Pit Sampras (ABŞ) – 286
İvan Lendl (ABŞ) – 270
Cimmi Konnors (ABŞ) – 268
Rafael Nadal (İspaniya) – 209
Con Makenroy (ABŞ) – 170
Byorn Borq (İsveç) – 109
Andre Aqassi (ABŞ) – 101
Lleyton Hyuitt (Avstraliya) – 80
Stefan Edberq (İsveç) – 72
Yannik Sinner (İtaliya)/Karlos Alkaras (İspaniya) – 66






