Formula 1 üzrə dördqat dünya çempionu və “Red Bull” pilotu Maks Ferstappen “İnter Mayami” komandasının hücumçusu argentinalı Lionel Messinin oyununu tərifləyərək, onun özünəməxsus xüsusiyyətlərini qeyd edib.

“O, oyunu oxumağı əla bilir. Bir çox oyunçu qaçmağa, cərimə meydançasına girməyə və qol imkanları yaratmağa güvənir. Amma o, istənilən yerdən, istənilən vaxt qol vura bilər. Onu saxlaya biləcəyinizi düşünürsünüz, amma bu, mümkün deyil – o qarşısıalınmazdır. O, həmişə düzgün anı tapacaq və qol vuracaq. Son Dünya Çempionatında Niderlanda qarşı oyundakı ötürmə kimi – bunun qarşısını almaq  sadəcə olaraq mümkünsüzdür”, – deyə Ferstappen “Red Bull”un sosial media səhifəsində yazıb.

Shares: