Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “İmişli” “Turan Tovuz”la qarşılaşıb. Oyunu Rəvan Həmzəzadə idarə edib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Daha sonra “Zirə” “Şamaxı”nı qəbul edəcək, “Araz-Naxçıvan” isə lider “Sabah”la üz-üzə gələcək.

Daha öncə “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub, “Qarabağ” “Karvan”a (7:0) qalib gəlib.

Misli Premyer Liqası
26-cı tur

7 aprel

“İmişli” – “Turan Tovuz” 1:1
Qollar: Dioqo Kardozo, 45 – Mark Rene Mampassi, 52.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov.
Quba OİK stadionu, 15:00.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 6. Yav Mozes.
Baş məşqçi: Xorxe Kaskilya.
Turan Tovuz: 1. Oleq Baklov, 88. Faiq Hacıyev (k), 6. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 99. İbrahima Vadji, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Shares: